EN

Kocamandan iddialı sözlər: Qarşıdakı 20 il Fənərbaxça nın dönəmi olacaq

ain.az bildirir, Footbal-plus portalına istinadən.

''Fənərbaxça'' tarixində böyük iz buraxmış, bu klubda həm futbolçu, həm də baş məşqçi kimi çempionluq yaşamış Aykut Kocaman çox iddialı bir açıqlama ilə gündəmə gəlib."Football-plus.az" xəbər verir ki, son illərdə Türkiyə futbolunda ''Qalatasaray''ın hegemonluq etməsi heç kimə sirr deyil. ''Cim-Bom'' bu il ardıcıl 4-cü çempionluğunu qazana bilər. ''Fənər'' isə 2014-dən bu yana çempion ola bilmir və bu baxımdan tarixinin ən pis dönəmini yaşayır. Amma Kocamanın fikrincə, qarşıdakı dönəmdə Türkiyə futbolunda qüvvələr nisbəti dəyişəcək və üstünlük ''Fənərbaxça''nın tərəfinə keçəcək:

''Bu dönəm bitəcək və artıq ''Fənərbaxça''nın dönəmi başlayacaq. Qarşıdakı 20 il ərzində indikinin tam tərsi bir durum yaranacaq və Türkiyə futbolunda məhz ''Fənərbaxça'' ağalıq edəcək. Gənc nəsil bu söylədiklərimi bir yerə yazsın. İnşallah o vaxta qədər yaşamaq qismət olsa, biz də o günləri görəcəyik. Çünki ''Fənərbaxça'' öz böyüklüyünü heç də asan şəkildə əldə etməyib''.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
1
icma.az

2Sources