Almaniya II Bundesliqasında XXX turun oyunları keçirilir.
Publika.az xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” səfərdə “Kiel”in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Kayzerslautern” 46 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.