EN

Yaxşı futbola zərbə…

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Baş məşqçiyə ən çox “qırmızı” göstərilən ölkələrin sıralaması tərtib edilsə, ön sıralarda olarıq. Dünən də İnqilab Məmmədov Verniduba göstərmək şərəfinə nail oldu…

“Zirə” – “Neftçi” (1:1) oyunu çox yaxşı taktiki mübarizə şəraitində keçmişdi. “Mövsümün turu” adını verdiyimiz 28-ci turun afişasında ən diqqət qarşılaşmalardan idi.

“Neftçi” qalib gəlsə, 4-cü pilləyə yüksələcəkdi və avrokuboka düşmək üçün böyük şans əldə edəcəkdi. “Ağ-qaralar” 1:0 öndə idi, 90+1-də hakim səhvi oyunun gözəlliyinə zərbə vurdu.

Brahim Konatenin qapıya zərbəsi qapıdan keçdi. Bu zaman Ruan Renato passiv ofsayd epizodunda idi, qapıçının görmə bucağını bağlamışdı.

İnqilab VAR-a ehtiyac duymadı. Şübhələr gərginlik yaratdı.

İnqilab Yuri Vernidubun emosional reaksiyalarını cilovlamaq məqsədilə texniki zonaya gəldi, sarı vərəqə göstərdi, sonra qısa müddətdə nə oldusa, sanksiya “qırmızı”ya çevrildi.

Dünənin hakimi deyil ki, təcrübəsizliyə bağlayasan. Baş məşqçiyə sıravi reaksiyalarına görə yaxınlaşıb kart göstərmək böyük hakimə yaraşmayan işdir. Baş məşqçidir bu adam, emosional reaksiyaları olacaq…

Belə məqamda vəziyyəti kartla cilovlamaq cəhdi ən yaxşı halda nadanlıqdır. Neqativə yozulsa, bəlkə də bilərəkdən baş məşqçini təxribata sürükləmək və qırmızı vərəqə üçün “zəmin yaratmaq” cəhdi idi…

Hər nə idisə, hakimlik adına mənfi hal idi.

Gözəl futbola zərbə vuran qərarlar hakimliyimizin yaxşı halda olmadığını göstərir. Çıxış yolu isə görünmür. Son 2-3 ildə ən çox islahat bu sahədə aparılıb, ancaq nöqsanlar azalmaqdansa, daha da artır…

Baş məşqçiyə qırmızı vərəqə göstərməyin adi hal olduğu ölkənin futbolu nə halda olarsa, Azərbaycanda elə o haldadır.

Kamil Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
futbolpress.az

1Sources