EN

Ursula fon der Leyen səlahiyyətlərini aşır De Qoll

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa İttifaqı (Aİ) ölkələrinin maraqlarına uyğun hərəkət etdiyini iddia edərək səlahiyyətlərini aşır.

Bizimyol.info xəbər verir ki, bu fikri mərbuata Fransa prezidenti (1959-1969) olmuş general Şarl de Qollun nəvəsi və Millətlər Arasında Sülh və Dostluq Fondunun prezidenti Pyer de Qoll bildirib.

O, "Tədbirlərin İdarə Edilməsi üzrə Seminar" zamanı mətbuatın suallrını cavablandırarkən: "Avropa Komissiyasının prezidentimiz var ki, Avropa ölkələri adından hərəkət etdiyini iddia edir, sahib olmadığı səlahiyyətləri öz üzərinə götürür və bu ölkələr üçün enerji müstəqilliyi məsələlərini həll etməyə çalışır, baxmayaraq ki, özü də son dərəcə həssas vəziyyətdədir", - deyə qeyd edib.

De Qollun sözlərinə görə, Fransa hökuməti öz əhalisinin rifahına üstünlük verməli və yanacaq qiymətlərinin 70%-ni vergilər təşkil etdiyi "ağılsız" Avro-Atlantik siyasətindən imtina etməlidir.

Martın sonu və aprelin əvvəllərində Yaxın Şərqdəki vəziyyət və Avropada Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr səbəbindən yanacaq qiymətləri kəskin şəkildə artmağa başladı. Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Pyer-Olivye Qurinşatın etiraf edib ki, ABŞ-İsrail hərbi əməliyyatı genişmiqyaslı enerji böhranı ilə təhdid edir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
bizimyol.info

1Sources