İran Hörmüz boğazını bütün kommersiya gəmiləri üçün açıb.
“Livanda əldə edilən atəşkəsə uyğun olaraq, atəşkəsin qalan müddəti ərzində bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən artıq elan edilən əlaqələndirilmiş marşrut üzrə tamamilə açıq elan edilir”, – paylaşımda deyilir.
Xatırladaq ki, İran Yaxın Şərqdəki son gərginlik fonunda Hörmüz boğazını gəmilərin keçidi üçün bağlamışdı.