EN

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

Qubada "Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə "Quba rayonunun tarix və mədəniyyət abidələri: milli irsin  öyrənilməsi və təbliği" mövzusunda tədbir keçirilib. 

Quba Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyət İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə keçirilən tədbir Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən "Şəhərsalma və Memarlıq İli" çərçivəsində hazırlanmış sərgi ilə tanış olmuşlar. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və Quba şəhərinin müasir memarlıq inkişafını əks etdirən nümunələr kimi yüksək qiymətləndirilmişdir. 

Mərkəzin direktoru Sevinc Səlimova, rayon icra hakimiyyətinin əməkdaşı Anar Məmmədov, ADPU-nun Quba filialının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, humanitar elmlər kafedrasının müdiri Təhminə Əliyeva, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şabran Regional İdarəsinin aparıcı məsləhətçisi Anar İbrahimovun çıxışlarında Qubanın zəngin tarixi, qədim memarlıq abidələri, milli-mədəni irsin qorunmasının vacibliyi və bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilərək qeyd olunmuşdur ki, belə tədbirlər gənc nəslin milli dəyərlərə bağlılığının gücləndirilməsində mühüm rol oynayır.

Tədbirin sonunda Qubanın memarlıq abidələrinə həsr olunmuş videoçarx təqdim edilmişdir. 

A.ƏLİYEV,

"Azərbaycan"

1Sources