EN

"Turan Tovuz" qələbə qazandı

Ajans.az xəbər verir ki, turun açılış oyununda "Turan Tovuz" Sumqayıtda "Araz-Naxçıvan"la qarşılaşıb. Görüş Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Kurban Berdiyevin baş məşqçisi olduğu komanda avrokuboklara vəsiqə uğrunda daha bir önəmli addım atıb. Belə ki, xallarını 55-ə çatdıran "Turan Tovuz" 3-cü pillədəki mövqeyini möhkəmlədib. Qərb təmsilçisi ən yaxın izləyicisi "Zirə"ni 10 xal qabaqlayır. "Araz-Naxçıvan" isə 39 xalla 6-cı sırada qalıb.

Chosen
8
2
Ajans.az

5Sources