Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır.
Həkimlərin sözlərinə görə, ayaqlar bədən temperaturunun tənzimlənməsində mühüm rol oynayır. Yuxuya getməzdən əvvəl bədən temperaturu təbii olaraq 1-2 dərəcə azalır. Bu proses baş vermədikdə isə yuxuya getmək çətinləşir və yuxusuzluq yarana bilər.
Araşdırmalara əsasən, ayaqaltında yerləşən xüsusi damarlar istiliyin ötürülməsini sürətləndirir. Ayaqlar yorğanın altından çıxarıldıqda qan səthə yaxınlaşır və daha tez soyuyur. Bu da ümumi bədən temperaturunun azalmasına və daha rahat yuxuya getməyə kömək edir.
Mütəxəssislər əlavə edir ki, həddindən artıq isti yorğan istifadə etmək bu prosesi poza bilər. Buna görə də ayaqları yorğandan çıxarmaq sadəcə vərdiş deyil, həm də keyfiyyətli yuxu üçün faydalı təbii reaksiyadır.
Fidan
Milli.Az