“Real” komandasında ayrılıq yaşanacaq.
İdmanxeber.az-ın məlumatına görə, David Alaba mövsümün sonunda Madrid təmsilçisindən ayrılacaq.
33 yaşlı müdafiəçinin müqaviləsi yenilənməyəcək. O azad agent statusunda özünə yeni klub axtaracaq.
Alaba 2021-ci ildən “Real Madrid”də çıxış edir.