EN

Edersonun kobud səhvi azarkeşləri qəzəbləndirdi

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Türkiyə Super Liqasının XXX həftəsində “Fənərbağça” öz meydanında “Çaykur Rizespor”la 2:2 hesablı heç-heçə edib.

Futbolpress.az xəbər verir ki, matçın son saniyələrində qapıçı Edersonun kobud səhvi “sarı-lacivərdlilər”in liderlik şansını boşa çıxarıb.

Qarşılaşmada önə keçən İstanbul təmsilçisi qələbəni qoruyub saxlaya bilməyib. Matçın 90+8-ci dəqiqəsində “Fənərbağça”nın braziliyalı qapıçısı Ederson çıxışda ciddi səhvə yol verib. Topu uzaqlaşdıra bilməyən qapıçının bu boşluğundan yararlanan Qaradəniz təmsilçisi bərabərlik qolunu vurub.

Qələbə qazanacağı təqdirdə turnir cədvəlində liderliyə yüksələcək “Fənərbağça” bu fürsəti əldən verib. Matçın final fiti çalındıqdan sonra tribunadakı azarkeşlər Edersonu fitə basaraq sərt etirazlarını bildiriblər.

​Təcrübəli qapıçı azarkeşlərin bu reaksiyasından sonra kədərli şəkildə meydanı tərk edərək soyunma otağına yollanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
futbolpress.az

1Sources