EN

Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər

Qapıçı axtarışında olan və Ərsin Destanoğlu ilə əsas heyət uğrunda layiqli rəqabət apara biləcək bir əlcək sahibi transfer etmək istəyən ''Beşiktaş'' Ərsinin özünü itirə bilər.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı qapıçıya maraq göstərən klubların sayı artıb.

Türkiyə mətbuatının yazdığına inansaq, Belçikanın iki təmsilçisi - ''Vesterlo'' ilə ''Brügge'', eləcə də Arda Turanın çalışdırdığı ''Şaxtyor'' Ərsinə ciddi maraq göstərir. ''Vesterlo'' rəhbərliyində önəmli isimlər türklərdi. Ona görə də bu klub zatən son illərdə tez-tez türkiyəli futbolçuları transfer edir. ''Şaxtyor''da isə Arda bu istedadlı qapıçını klubun ''1 nömrə''sinə çevirmək istəyir.

Ərsini digər klublar üçün maraqlı edən məqam onun ''Beşiktaş''la müqaviləsinin bu yay bitməsidi. Qapıçıya maraq artdıqca İstanbul nəhəngi üçün onunla müqaviləni yeniləmək çətinləşir. Tərəflər hələlik yeni anlaşmadan çox uzaqdı. Yəni bu gedişlə ''ağ-qaralar'' Ərsini pulsuz əldən verə bilər.

''Beşiktaş''ın öz yetirməsi olan Destanoğlu əslində mövsümə Mərt Günokun arxasından ikinci qapıçı statusunda başlamışdı. Amma Sərgən Yalçının gəlişindən sonra vəziyyət dəyişdi. Əsas qapıçıya çevrilən Ərsin bu mövsum 26 rəsmi oyunda forma geyərək 27 qol buraxıb və bunların 8-də qapısını toxunulmaz saxlayıb.

Onun transfer dəyəri 2,5 milyon avro civarındadı.

Chosen
48
1
football-plus.az

2Sources