EN

İran Hörmüzdə rüsum alır: minlərlə dənizçi və milyonlarla barel neft gözləmədə

İran Hörmüz boğazından keçən gəmilərdən əvvəl elan etdiyi məbləğdə rüsum almağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Bunun fonunda bölgədə ciddi sıxlıq yaranıb. CNN xəbər verir ki, Fars körfəzində təxminən 20 min dənizçi və 132 milyon barel neft daşıyan 2 minə yaxın gəmi ilişib qalıb.

Məlumata görə, bu gəmilərin hərəkətə başlaması üçün məhdud zaman pəncərəsi var. Hakimiyyət orqanlarının onları azad etmək üçün bir həftədən az vaxtı qalıb. Çünki Hörmüz boğazı yalnız atəşkəs müddəti başa çatana qədər açıq qalacaq.

 

Musavat.com

Chosen
12
2
musavat.com

6Sources