EN

İran ABŞ ni hədələdi: “Vaşinqton dəniz blokadasını ləğv etməsə, cavab verəcəyik“

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Əgər Vaşinqton dəniz blokadasını ləğv etməsə və ya ABŞ ilə İran arasındakı sazişin şərtlərini başqa cür pozarsa, Tehran lazımi cavab tədbirləri görəcək".

Moderator.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.

"Əgər digər tərəf sazişi pozmaq niyyətindədirsə və görünən odur ki, bunu istəyir və dəniz blokadası davam edərsə, İran cavab olaraq lazımi tədbirlər görəcək", - deyə o vurğulayıb.

İ.Bəqai vurğulayıb ki, İran Vaşinqton tərəfindən boğazın blokadasını atəşkəs sazişinin pozulması kimi dəyərləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
3
moderator.az

4Sources