EN

Qadın sürücü Haval la piyadanı vurub öldürdü VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sürətli magistral yolda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Rostov vilayətində qeydə alınıb.

İlkin məlumatlara görə, "Haval" markalı avtomobili idarə edən 40 yaşlı qadın sürücü yolun hərəkət hissəsinin mərkəzi ilə hərəkət edən piyadanı vurub. Nəticədə ağır xəsarətlər alan kişi hadisə yerində dünyasını dəyişib.

Hadisənin təfərrüatları araşdırılarkən məlum olub ki, piyada toqquşma anında telefonla danışırmış. Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı təhqiqat işləri aparılır və hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
avtosfer.az

1Sources