EN

Nərimanovda kəsilmiş ağacların yerinə yeni ağaclar əkildi (FOTO)

Bakı. Trend:

Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında quru vətəhlükə yaradan ağacların yerinə yeni ağaclar əkilib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindənməlumat verilib.

Bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin DövlətEkoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə jurnalistlərəaçıqlamasında quru və qəzalı ağacların götürülməsi istənilən ölkədəvə şəhərdə baş verən təbii və zəruri proses olduğunu deyib:

“Bildiyiniz kimi, ağaclar canlı aləmə məxsusdur və onlarınbioloji ömrü mövcuddur. Bundan əlavə, torpağın münbitliyi,aqrotexniki qulluq və digər faktorlar da ağacların vəziyyətinətəsir göstərir. Bu səbəbdən müəyyən dövrlərdə ağacların qurumasıhalları müşahidə olunur”.

Onun sözlərinə görə, qeyd olunan ünvanda vətəndaşlar üçüntəhlükə yaradan quru ağacların götürülməsi Nərimanov Bələdiyyəsininmüraciəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin DövlətEkoloji Ekspertiza Agentliyinin rəyi nəzərə alınmaqla həyatakeçirilib. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindənmövcud prosedur qaydalarına uyğun olaraq quru ağaclar götürülüb vəərazidə onların yerinə yeni ağaclar əkilib.

“Təbii ki, ağaclar götürüldükdən dərhal sonra əvəzləyici əkinaparmaq mümkün olmur. Əvvəlcə kötüklər çıxarılır. Kötüklərçıxarıldıqdan sonra ərazidə yeni ağacların əkilməsi həyatakeçirilir. Bu, tam normal prosesdir və şəhərdə yaşıllıq faizininazalmasından söhbət gedə bilməz. Əksinə, bu tədbirlər yaşıllıqfondunun yenilənməsinə xidmət edir və bütün işlər dövlət nəzarətialtında aparılır”.

Onun sözlərinə görə, sözügedən ünvanda kəsilmiş quru ağaclar2026-cı il 19 yanvar tarixində identifikasiya kodları iləqeydiyyata alınaraq etiketlənib, inventarlaşdırılıb və portaladaxil edilib. Hazırda isə həmin ərazidə yeni əkilmiş ağaclar dasistem üzərindən qeydiyyata alınaraq identifikasiya olunub vəportala yerləşdirilib.

H. Əlizadə qeyd edib ki, quru ağacların götürülməsitəhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır:

“Son vaxtlar intensiv yağışlar və küləkli hava şəraitinəticəsində ağacların aşması, insanların və avtomobillərin üzərinədüşməsi kimi hallar baş verir. Bu səbəbdən təhlükə yaradan quruağacların götürülməsi vacib tədbirlərdən biridir”.

Xidmət rəisi əlavə edib ki, ərazidə aparılan işlər çərçivəsindəağacların inventarlaşdırılması və identifikasiyası da həyatakeçirilib. Belə ki, 2025-ci ildən IDEA İctimai Birliyinin təşəbbüsüvə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə şəhəryaşıllıqlarının qeydiyyata alınması və identifikasiyasıistiqamətində fəaliyyətə başlanılıb və bu məqsədlə agac.az portalıyaradılıb. Bu layihənin həyata keçirilməsi şəhər ərazisindəyaşıllıqların uçotunun aparılması, görülən işlərin sistemli şəkildəizlənilməsi və bu sahədə şəffaflığın təmin edilməsi baxımındanmühüm əhəmiyyət daşıyır.

Nərimanovda
Nərimanovda
Nərimanovda
Nərimanovda
Nərimanovda
Nərimanovda
Nərimanovda
Chosen
7
5
az.trend.az

6Sources