EN

Qaşa sancaq taxmaq miqreni kəsir?

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sosial şəbəkələrdə geniş yayılan və qaşa paltar sancaqı taxmaqla miqren ağrısını kəsməyi vəd edən qeyri-adi üsul mütəxəssislərin ciddi etirazı ilə qarşılaşıb. İnsanlar bu sadə vasitənin möcüzə yaradacağına inansalar da, tibbi araşdırmalar tamamilə fərqli mənzərəni ortaya qoyur.Demokrat.az xəbər verir ki, bu metodun heç bir elmi əsası yoxdur. Braziliyadakı Sirio-Libanes xəstəxanasının nevroloqu Lusiana Barboza bildirib ki, sancağın miqreni yüngülləşdirdiyinə dair heç bir sübut mövcud deyil və bu üsul heç vaxt ciddi şəkildə öyrənilməyib.Bəzi xəstələrin bu zaman müvəqqəti rahatlıq hiss etməsi isə sancağın möcüzəsi deyil, sadəcə üz nahiyəsindəki müəyyən sinir nöqtələrinə təzyiq edilməsidir. Qaş nahiyəsindən keçən kəllə sinirlərinin stimullaşdırılması ağrını qısa müddətə azalda bilsə də, bu, problemin həlli demək deyil."Miqrenin yalnız belə nöqtələrə təzyiq etməklə keçməsi çox nadir hallarda mümkündür" deyən Barboza əsas təhlükəyə də diqqət çəkib.Həkimin sözlərinə görə, insanlar bu cür faydasız trendlərə vaxt itirərək əsl müalicəni təxirə salırlar. Miqren zamanı iltihab prosesləri sürətlə gücləndiyi üçün təyin olunmuş dərmanları vaxtında qəbul etmək həyati əhəmiyyət daşıyır. Sancaq taxmaq sağlamlığa birbaşa zərər verməsə də, ağrının xroniki hala keçməsinə şərait yarada bilər. Odur ki, ilk simptomlar görünən kimi internet məsləhətlərinə deyil, peşəkar tibbi tövsiyələrə əməl etmək ən doğru addımdır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
demokrat.az

1Sources