EN

“Yuventus” kapitanı Lokatelli ilə müqaviləni uzadıb

İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçi və komandanın kapitanı Manuel Lokatelli ilə müqaviləni uzadıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, təcrübəli futbolçu 2030-cu ilin yayına qədər Turin təmsilçisinin uğurları üçün çalışacaq.

“Onun gəlişindən bəri göstərdiyi liderlik və ‘Yuventus’ ruhu klubun dəyərlərinə tam uyğundur. Bu addım bizim idman layihəmizin davamlılığını təmin etmək üçün vacibdir”, – deyə klubun baş icraçı direktoru bildirib.

Qeyd edək ki, Manuel Lokatelli Turin təmsilçisinin heyətində indiyədək 224 oyuna çıxıb, 9 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
21
90deqiqe.az

1Sources