EN

Son yağıntıdan sonra Kürdə suyun səviyyəsi artdıVİDEO

Kür çayında suyun səviyyəsi artıb...

Xezerxeber.az xəbər verir ki, ölkə ərazisində yağan aramsız yağışlar dağ çayları ilə yanaşı, Kür çayına da ciddi təsir göstərib. Çayın Salyan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsində artım daha qabarıq hiss olunur.

Müşahidələr göstərir ki, Kürdə suyun səviyyəsi demək olar hər gün yüksəlir. Təkcə son bir həftədə Salyan ərazisində suyun səviyyəsi 1,5 metrdən çox artıb.

Hazırda Kür çayında su sərfi saniyədə 500-700 kubmetr arasında dəyişir. Mütəxəssislərin sözlərinə görə, mövcud vəziyyət hələlik Kürətrafı yaşayış məntəqələri üçün ciddi təhlükə yaratmır.

Mütəxəssislərin fikrincə, qarşıdakı dövrdə Kürdə bol sululuq gözlənilir. Əgər suyun səviyyəsi daha 2-2,5 metr yüksələrsə, bəzi yaşayış məntəqələrində çətinliklər qaçılmaz ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
22
xezerxeber.az

1Sources