Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq razılaşdırılmış qərarların icrası işləri praktiki mərhələyə keçir.
"Biz ABŞ-dəki həmkarlarımızla birlikdə ərazidə praktiki işlərin davam etdirilməsi və həyata keçirilməsi mərhələsindəyik", - deyə o bildirib.
Kostanyan qeyd edib ki, tərəflər 13 yanvar tarixli üçtərəfli razılaşmadan sonra layihələrin icrası üçün çərçivə modelini artıq razılaşdırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31