EN

Yeni süni intellekt modeli ilə bağlı narahatlıq  

Yeni hazırlanmış “Claude Mythos” adlı süni intellekt modeli ilə bağlı ciddi narahatlıq yaranıb. 

“BBC” xəbər verir ki, həmin model “Anthropic” tədqiqat şirkəti tərəfindən hazırlanıb.

ABŞ, Kanada, Fransa, Böyük Britaniya və Beynəlxalq Valyuta Fondunun nümayəndələri bildiriblər ki, bu süni intellekt müxtəlif əməliyyat sistemlərində və brauzerlərdə təhlükəli zəiflikləri aşkarlaya bilir. Onlar hesab edirlər ki, bu imkan kibercinayətkarlar tərəfindən sui-istifadə oluna bilər. Qeyd olunub ki, bu məsələ dərindən araşdırılmalı və aşkar olunan zəifliklər tez aradan qaldırılmalıdır. Eyni zamanda, süni intellektin kibercinayət risklərini artıra biləcəyi vurğulanıb. Tövsiyə edilib ki, model ictimaiyyətə təqdim olunmazdan əvvəl öz sistemlərini yoxlasınlar.

Mütəxəssislər hesab edirlər ki, bu tip güclü süni intellekt modelləri gələcəkdə həm yeni imkanlar yaradacaq, həm də təhlükəsizlik risklərini artıracaq.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources