EN

Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında aprelin 19-da, digər yerlərində isə aprelin 20-dən 21-i gündüzədək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Chosen
8
20
publika.az

10Sources