EN

Ermənistan Cənubi Qafqazda iqtisadi və enerji əlaqələrinin inkişafında maraqlıdır — Vahan Kostanyan

Antalya. Trend:

Ermənistan Cənubi Qafqaz regionunda iqtisadi və enerjiəlaqələrinin inkişafında maraqlıdır.

Trend-in xüsusi müxbirinin verdiyi məlumatagörə, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini VahanKostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panelmüzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dayanıqlı sülhün təmin edilməsi davamlı işvə institusional yanaşma tələb edir.

“Sabitlik və sülhün qurulması gündəlik, davamlı səylər tələbedir. Sülh bir dəfə əldə edilən bir şey deyil — onu daim qorumaq vəinstitusional səviyyədə möhkəmləndirmək lazımdır”, — deyə o qeydedib.

Nazir müavini vurğulayıb ki, Ermənistan regionda iqtisadiəlaqələrin inkişafına xüsusi önəm verir.

“Biz artıq Azərbaycanla ticarətə başlamışıq və yaxın gələcəkdəErmənistanın da Azərbaycana məhsul ixrac etməsini gözləyirik”, —deyə Kostanyan bildirib.

Onun sözlərinə görə, perspektivli istiqamətlərdən biri enerjiəməkdaşlığı və regional əlaqəliliyin inkişafıdır.

“Enerji təhlükəsizliyi yalnız ikitərəfli deyil, həm də regionalsəviyyədə potensial əməkdaşlığın vacib hissəsidir. Biz enerjitəchizatı mənbələrinin diversifikasiyasına, eləcə də Mərkəzi Asiyavə Azərbaycandan Avropaya gedən enerji resursları üçün tranzitmərkəzinə çevrilməkdə maraqlıyıq”, — deyə nazir müavinivurğulayıb.

O həmçinin bildirib ki, Ermənistan ABŞ ilə iri infrastrukturlayihələrində iştirak edir.

“Biz ABŞ tərəfdaşlarımızla üç böyük layihə həyata keçiririk,bunlara dəmir yolları, avtomobil yolları, həmçinin enerjişəbəkələri və boru kəmərləri daxildir”, — deyə nazir müavini əlavəedib.

O, bərpa olunan enerji və Avropa İttifaqı ilə əməkdaşlığınəhəmiyyətini də qeyd edib.

“Ermənistan regionda "yaşıl enerji" istehsalında liderlərdənbiridir. Biz həmçinin yeni atom elektrik stansiyasının tikintisiniplanlaşdırırıq və Avropa İttifaqı ilə əməkdaşlığı fəal şəkildəgenişləndiririk”, — deyə Kostanyan bildirib.

Onun sözlərinə görə, Avropa istiqaməti Ermənistan üçün stratejiəhəmiyyət daşıyır.

“Aİ ilə əməkdaşlıq bizim üçün son dərəcə vacibdir və Ermənistanxalqının Avropa istəklərini əks etdirir. Bu kontekstdə GürcüstanınAvropa gələcəyi də Ermənistan üçün böyük əhəmiyyət kəsb edir”, —deyə V. Kostanyan vurğulayıb.

Məqalədə:
Chosen
14
2
az.trend.az

3Sources