EN

İran Hörmüzü bu şərtlərlə açıb - 3 TƏLƏB

Hörmüz boğazında vəziyyət yenidən diqqət mərkəzinə gəlib.

Musavat.com xəbər verir ki, İran mediasında yayılan məlumatlara görə, Tehranın boğazdan keçən gəmilərlə bağlı yeni şərtlər müəyyənləşdirdiyi bildirilir.

İranın Tasnim agentliyinin yaydığı məlumata əsasən, Hörmüz boğazından keçid üçün üç əsas tələb irəli sürülüb. Birinci şərtə görə, boğazdan yalnız kommersiya məqsədli gəmilər keçə bilər, hərbi gəmilərin keçidi qadağan edilir və nə gəmilər, nə də onların yükləri “düşmən” ölkələrlə əlaqəli olmamalıdır. İkinci şərt kimi gəmilərin İran tərəfindən müəyyən edilmiş marşrut üzrə hərəkət etməsi tələb olunur. Üçüncü şərtə əsasən isə keçid İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hərbi Dəniz Qüvvələri ilə əvvəlcədən əlaqələndirilməlidir.

Bununla yanaşı, İran parlamentinin üzvü Nəbavian bildirib ki, Tehran Hörmüz boğazından keçən ticarət gəmilərindən rüsum almağı planlaşdırır və gələcəkdə boğazın “ödənişli rejim”lə fəaliyyət göstərə biləcəyi istisna olunmur.

Digər tərəfdən, Fars agentliyinin yaydığı xəbərdə qeyd olunur ki, Livanda atəşkəs pozularsa, İran Hörmüz boğazını yenidən bloklamaq variantını gündəmə gətirə bilər.

Musavat.com

Chosen
18
musavat.com

1Sources