EN

Həcc ziyarəti üçün qeydiyyat bitdi

Yazını böyüt
Yazını kiçilt

2026 il üçün Həcc kvotası tamamlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.

"Kvotanın tamamlanmasına baxmayaraq, müraciətlər davam edir. Amma yer bitib. Onlar yalnız gələn il müraciət edə bilərlər", - Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, 180 nəfərdən ibarət ilk zəvvar qrupunun uçuşu 17 may tarixində olacaq.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Chosen
21
5
hafta.az

10Sources