BAKI, 17 aprel. TELEQRAF
Parlamentlərarası Birliyin (PAİ) 152-ci Assambleyası çərçivəsində Ermənistan Milli Məclisinin sədri Türkiyə Parlamentinin Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb. .
Alen Simonyan Gürcüstan Parlamentinin sədri ilə görüşdə türkiyəli həmkarına verdiyi təklifdən məmnunluğunu bildirib. Numan Kurtulmuşun Ermənistanın Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil edilməsini təklif etməsi, bölgəmizdə sülhün və sabitliyin inkişafına töhfə verməsi təklifi ilə çıxış edib.
Parlament sədrləri həmin təşəbbüsün həyata keçirilməsi ilə bağlı digər detalları müzakirə ediblər.