EN

Böyük Qayıdışın ən gözəl mənzərəsi FOTO

Cəbrayıl, 17 aprel, AZƏRTAC

Cəbrayıl rayonunun yenidən qurulan Horovlu kəndində şagirdlər dərslərini təbiətin qoynunda, açıq havada keçərək böyük həvəslə biliklərə yiyələnirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaqlar müəllimləri ilə birgə açıq hava dərslərindən sonra kəndin əsrarəngiz yaşıllıqlarında gəzintiyə çıxır, idman və oyun meydançalarında səmərəli vaxt keçirirlər.

Horovlu uşaqlarının üzündəki təbəssümlər doğma yurda qayıdışın gətirdiyi sevincin və bu torpaqlarda yenidən çiçəklənən həyatın ən bariz nümunəsidir.

Müxbir-Aydın Yavərzadə

Chosen
21
azertag.az

1Sources