EN

Andrey Sibiqa: Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk

ain.az bildirir, Moderator.az portalına istinadən.

Ukrayna Azərbaycanla qarşılıqlı faydalı enerji tərəfdaşlığı qurmaq niyyətindədir.

Moderator.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa bildirib.

Nazir deyib ki, Azərbaycanla Ukrayna arasında güclü əlaqələr var:

"Azərbaycanın Ukraynaya göstərdiyi həm mənəvi, həm də humanitar dəstək bizim üçün çox önəmli və dəyərlidir. Biz Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini istəyirik. Ümid edirik ki, əlaqələrimiz daha da genişlənəcək və yeni mərhələyə qədəm qoyacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
2
moderator.az

3Sources