Bakı. Trend:
"Trua"nın futbolçusu Matis Deturbe karyerasını İngiltərə PremyerLiqasında davam etdirməyə yaxındır.
Trend xaricimediaya istinadən xəbər verir ki, "Mançester Siti" fransalı vingeritransfer etmək istəyir.
Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir."Mançester Siti" 18 yaşlı oyunçu üçün Fransa klubuna 15 milyon avrotəzminat ödəyəcək.
Qeyd edək ki, Matis Deturbe "Trua"nın yetirməsidir. Gəncfutbolçu bu mövsüç Liqa 2 təmsilçisinin heyətində meydana çıxdığı34 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.