Bakı, 16 aprel, AZƏRTAC
Hörmüz boğazı tamamilə açıqdır və fəaliyyətə və tam keçidə hazırdır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
O bildirib ki, lakin dəniz blokadası İranla ABŞ arasında əməliyyatlar 100 faiz başa çatana qədər tam gücdə və təsirdə davam edəcək.
“Bu proses çox sürətlə getməlidir, çünki əksər məsələlər artıq danışıqlar yolu ilə həll olunub”,- deyə o əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton