Dövlət İmtahan Mərkəzi xəbər verir ki, imtahan qaydalarını pozduğu üçün 12 nəfər imtahandan xaric olunub.
İmtahan iştirakçıları arasında 3 nəfər - Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin ("Zəngi" liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31