EN

Çin nüvə enerjisi sahəsində qlobal liderliyi ələ keçirdi

Çində mövcud nüvə elektrik stansiyalarının ümumi potensialı 125 milyon kilovata yüksələrək ölkəni bu sahədə qlobal lider mövqeyinə daşıyıb.

Moderator.az xÉ™bÉ™r verir ki, bu mÉ™lumat Çin NüvÉ™ Enerjisi Assosiasiyasının yaydığı "Çin NüvÉ™ Enerjisinin İnkiÅŸafı Hesabatı 2026" adlı rÉ™smi sÉ™nÉ™ddÉ™ öz É™ksini tapıb.

Hesabata görə, hazırda Çin ərazisində 60 nüvə enerjisi bloku kommersiya məqsədilə fəaliyyət göstərir. Bununla yanaşı, dünya üzrə inşa edilən nüvə reaktorlarının yarısından çoxunu təşkil edən əlavə 36 blokun tikintisi davam edir. Həmçinin hökumət tərəfindən təsdiqlənmiş daha 16 blok inşaat prosesinin başlanmasını gözləyir.

Sənəddə vurğulanır ki, Çin rəhbərliyi 2026-cı il ərzində artıq iki yeni enerji blokunun inşasına start verib və cari ilin sonunadək daha yeddi bloku istifadəyə verməyi hədəfləyir.

Chosen
1
1
moderator.az

2Sources