EN

“Atletiko” Ederson üçün 45 milyon vermir

“Atalanta”nın yarımmüdafiəçisi Edersonun “Atletiko”ya transferi təhlükə altına düşüb.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar məbləğlə bağlı dayanıb. İtaliya klubu futbolçu üçün 45 milyon avro tələb etsə də, bu rəqəm Madrid təmsilçisini qane etmir.

Qeyd edək ki, Ederson bu keçid üçün digər klubların təkliflərini geri çevirib.

Chosen
11
idmanxeber.az

1Sources