EN

Akademik Milli Dram Teatrında Qırğız Milli Filarmoniyasının təqdimatında “Cəmilə” müzikli nümayiş olunub

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aprelin 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Toktokul Satılqanov adına Qırğız Milli Filarmoniyasının dahi qırğız yazıçısı Çingiz Aytmatovun əsəri əsasında hazırladığı “Cəmilə” musiqili tamaşası təqdim olunub.

525.az xəbər verir ki, gecədə mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın Dövlət katibi Arslan Koyçiyev, mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev, Azərbaycan Milli Məclisinin deputatları, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tamaşadan əvvəl çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev iki ölkə arasında mədəni əlaqələrin hazırda yeni inkişaf mərhələsini yaşadığını deyib. O, Çingiz Aytmatovun 100 illik yubileyi münasibətilə hazırlanan müziklin Azərbaycanda yüksək səviyyədə təqdimatına yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
3
525.az

5Sources