EN

ABŞ dən bəzi Avropa rəsmilərinə şok qadağa: Dünya çempionatına buraxılmayacaqlar

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Prezident Donald Trampın administrasiyası sərt addım atmağa hazırlaşır. ABŞ hökuməti tərəfindən antisemitizm kimi qiymətləndirilən siyasət yürüdən Avropa liderləri və rəsmilərinin futbol üzrə Dünya Çempionatı üçün ölkəyə girişinə qadağa qoyulacaq.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ liderinin antisemitizmlə mübarizə və monitorinq üzrə xüsusi elçisi Yehuda Kaplun məlumat yayıb.

"Biz nazirlərin verdiyi bəyanatlara görə dövlətləri məsuliyyətə cəlb edirik və onların ölkəyə daxil olmasına icazə verilməyəcək", - deyə Y.Kaplun qeyd edib.

Portalın məlumatına görə, Avropa İttifaqı dairələrində rəsmilərin və nazirlərin bu yay ABŞ-də keçiriləcək futbol üzrə dünya çempionatına gedərkən sərhəd nəzarətində saxlanıla biləcəyi ilə bağlı narahatlıqlar sürətlə artır.

Y.Kaplun məsələyə belə aydınlıq gətirib:

"İcmanı qorumaq üçün dövlət katibi və prezidentin zəruri hesab etdiyi istənilən addımı ata bilərik. Bunun necə həyata keçiriləcəyinə gəldikdə isə təfərrüata varmayacağıq".

Xatırladaq ki, 2026-cı ilin Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-da təşkil olunacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
cebheinfo.az

2Sources