EN

FHN-in qurumları arasında qol güləşi və çoxnövçülük üzrə çempionata yekun vuruldu

13-17 aprel 2026-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Nazirliyin qurumları arasında şəxsi birincilik üzrə qol güləşi şəxsi və komanda birinciliyi üzrə isə çoxnövçülük çempionatı keçirilib.

Nazirlikdən verilən xəbərə görə, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 13 komandasından 100-ə yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb.

Tədbirin mükafatlandırma mərasimi Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Mərasimdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev FHN-in əməkdaşlarının respublika və beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurlardan bəhs edib, stolüstü yarışda qalib gələn qurumları və əməkdaşları təbrik edib.

Beş gün davam edən yarışın iki günü qol güləşi idman növündə komandaların idmançıları 8 çəki dərəcəsində sağ əl və sol əl üzrə şəxsi hesabda mübarizə aparıblar. Çempionat Samir Babayevin baş hakimliyi ilə keçirilib.

Chosen
17
publika.az

1Sources