EN

Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Parlamentinin vitse-spikeri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilənParlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsindəVenesuela Parlamentinin vitse-spikeri Qresia Colmenares iləgörüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, söhbət zamanı parlamentlər arasında əməkdaşlıqməsələləri nəzərdən keçirilib.

Bildirilib ki, görüşdə ölkələrimizin bir sıra beynəlxalqtəşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsindəəməkdaşlığından məmnunluq bildirilib. Qoşulmama Hərəkatındaölkəmizin sədrliyi dövründə Azərbaycan hökuməti tərəfindən irəlisürülən bütün təşəbbüslərin Venesuela tərəfindən dəstəkləndiyivurğulanıb.

Söhbət zamanı spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlhamƏliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının ParlamentŞəbəkəsinin institusional inkişafı, təşkilatın məqsədlərinin həyatakeçirilməsi istiqamətində görülmüş işlər barədə danışıb. VenesuelaParlamentinin sədr müavini Parlament Şəbəkəsinin fəaliyyətiniyüksək qiymətləndirib, ölkəsinin Şəbəkənin işində fəal iştiraketdiyini söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.

Milli
Milli
Milli
Milli
Chosen
18
11
az.trend.az

10Sources