EN

Yaxın Şərqdə regional məsuliyyət konsepsiyasının həyata keçirilməsi vacibdir - Hakan Fidan

Antalya. Trend:

Yaxın Şərqdə regional məsuliyyət konsepsiyasının həyatakeçirilməsi vacibdir.

Trend-in Türkiyəyəezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bu barədə Türkiyəninxarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumununaçılış mərasimində bildirib.

Fidan qeyd edib ki, region artıq müharibələrə, işğallara,terrorizmə və daxili münaqişələrə yol verə bilməz.

“Region ölkələri olaraq biz regional məsuliyyət konsepsiyasınıhəyata keçirməyə, regional sülh və sabitliyi gücləndirməyəborcluyuq”, — deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu konsepsiya region ölkələri arasındadavamlı və səmərəli dialoqa, dövlətlərin müstəqilliyinə,suverenliyinə və ərazi bütövlüyünə hörmətə, həmçinin etnik, mədənivə sosial müxtəlifliyin birləşdirici amil kimi qəbulunaəsaslanmalıdır.

Fidan region ölkələrinin müdafiə potensialının bir-birinə qarşıdeyil, qarşılıqlı təhlükəsizlik naminə gücləndirilməsinin, eləcə dədövlətlərarası münaqişələrdə qeyri-dövlət aktorlarından istifadədəntam imtinanın vacibliyini qeyd edib.

“Biz elə bir arxitekturaya doğru irəliləyirik ki, buradaregional problemlər mehriban qonşuluq və kollektiv məsuliyyətprinsipləri çərçivəsində həll olunacaq”, — deyə o bildirib.

Nazir vurğulayıb ki, belə bir regional arxitektura uzunmüddətlisülh və rifah üçün zəruri əsasdır.

Fidan əlavə edib ki, tarix göstərir: davamlı sülh və sabitlik ənböhranlı dövrlərdə atılan cəsarətli addımlar sayəsində əldəolunur.

“Məhz buna görə biz ümumi düşüncəyə əsaslanan həllərin həyatakeçirilməsi istiqamətində addımlar atmağa davam edirik. AntalyaDiplomatik Forumu bu axtarış üçün ən mühüm platformalardanbiridir”, — deyə o qeyd edib.

Sonda o, forumun həm regiona, həm də bütün bəşəriyyətə faydaverəcəyinə ümid etdiyini bildirib və dəstəyə görə TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Məqalədə:
Chosen
4
az.trend.az

1Sources