ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Rusiya Prokurorluğunun araşdırması nəqliyyata nəzarət sistemindəki ciddi boşluğu üzə çıxarıb.
Avtosfer.az xəbər verir ki, faktı Baş prokuror Aleksamdr Qutsan ictimailəşdirib.
Qutsan bildirib ki, yollara videonəzarət sisteminin təftişi bir çox ciddi faktı üzə çıxarıb. Məlum olub ki, 16 min sərxoş sürücü barədə məhkəmə qərarları sistemə daxil edilməyib. Bu da onların təkrar qayda pozarkən daha ağır cəzadan yayınmasına imkan yaradıb.
20 mindən çox sürücü isə uçotdan çıxarılmış nəqliyyat vasitələrini idarə edir. Bu maşınlarla 2,5 milyondan çox qayda pozuntusu törədilsə də, heç kimi cəzalandırmaq mümkün olmayıb.
Ən ciddi məsələ isə həyatda olmayan şəxslərin adına olan maşınlardır. Bu gün Rusiyada aktiv istismar olunan 250 mindən çox nəqliyyat vasitəsinin sahibləri dünyasını dəyişsə də, varislər sənədləşdirmə aparmayıb.
Avtomobil ekspertlərinin qənaətinə görə, ölülərin adına olan maşınların böyük bir qismini “etibarnamə ilə satılan” nəqliyyat vasitələri təşkil edir. Digəq qrup isə maşını öz adına sənədləşdirməyə tələsməyən vərəsələrdir. Onlar bu yolla parklama ödənişindən və cərimədən yayınırlar.
Vüqar Yaşaroğlu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.