EN

Monqolustan prezidenti Qazaxıstana dövlət səfəri edəcək

ain.az bildirir, Newscenter.az portalına istinadən.

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Qazaxıstana dövlət səfəri edəcək.Newscenter.az Akorda-ya istinadən bildirir ki, Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq səfər aprelin 20-də başlayacaq. Monqolustan prezidentinin Qazaxıstana dövlət səfəri 3 gün davam edəcək.Səfər zamanı dövlət başçıları araslnda yüksək səviyyəli danışıqlar aparılacaq. Danışıqlar zamanı iki ölkə arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq. Danışıqların yekunu olaraq iki ölkə arasında müxtəlif sahələri əhatə edən sazişlərin imzalanması da nəzərdə tutulur.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
newscenter.az

1Sources