EN

Tom Barrak: S-400 məsələsi tezliklə həll olunacaq

ABŞ və Türkiyə S-400 müdafiə sistemləri ilə bağlı mübahisəni tezliklə həll edə bilərlər.

Ölkə.az xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri Tom Barrak Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.

"S-400 məsələsinin tezliklə həll olunduğunu görəcəksiniz. Rəisimin (Donald Tramp nəzərdə tutulur-red)  baxımından Türkiyənin F-35 proqramına qəbul edilməsi problem deyil", - amerikalı  diplomat qeyd edib.

ABŞ 2020-ci ildə NATO müttəfiqi Türkiyəyə S-400 raket sistemini aldığına görə sanksiyalar tətbiq etmiş və onu F-35 qırıcı təyyarələrinin tədarükü və istehsalı proqramından çıxarıb.
Tom Barak da Türkiyə haqqında çox yüksək fikirlər səsləndirərək deyib: "Türkiyə regionda yeganə fəaliyyət göstərən oyunçu, NATO üzvü və regionun ən vacib hərəkətverici qüvvələrindən biridir. Prezident Ərdoğana böyük hörmətim var".

 Mürtəza

Chosen
11
olke.az

1Sources