EN

Erməni idmançı təyyarədə rüsvay oldu: Qaydaları pozdu, qovuldu

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UFC döyüşçüsü Arman Sarukyan gözlənilməz hadisə ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, idmançı "American Airlines" hava yolları ilə həyata keçirəcəyi uçuş öncəsi təyyarədən endirilib.

Hadisəyə səbəb kimi Sarukyanın təyyarə havaya qalxmağa hazırlaşdığı anda stüardessaların xəbərdarlığına məhəl qoymayaraq telefonuna baxmağa davam etməsi göstərilir. Təhlükəsizlik qaydalarını pozduğu üçün heyət üzvləri tərəfindən uçuşdan kənarlaşdırılan döyüşçünün bu hərəkəti sosial mediada geniş müzakirələrə yol açıb.

Sarukyanın uçuş qaydalarına "məğlub olması" azarkeşləri tərəfindən təəssüf və təəccüblə qarşılanıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
2
fanat.az

3Sources