EN

Mübarizənin taleyini İngiltərədə həll etmişdik Oliver Qlasner

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

UEFA Avropa Liqasının 1/4 finalının cavab oyunları çərçivəsində dünən səfərdə "Fiorentina"ya 1:2 hesabı ilə məğlub olmasına rəğmən, ilk matçdakı darmadağın sayəsində (3:0) yarımfinala yüksələn "Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"İlk və həlledici addımı evdə atmışdıq. Bəlli məsələdir ki, mübarizənin taleyini İngiltərədə həll etmişdik. Bu oyuna da uğurla başladıq. Rəqib penaltidən hesabı bərabərləşdirəndən sonra özünəinamı geri qaytardı. Fasilədən dərhal sonra vurduqları ikinci qol isə bizi çətin vəziyyətə saldı. Buna baxmayaraq, döyüş ruhuna görə futbolçuların haqqını vermək lazımdır. Hücumda çox parlaq görünməsək də, müdafiədə inamlı oynayaraq rəqibin çox sayda qol vəziyyəti yaratmasını əngəllədik. Düşünürəm ki, iki oyunun nəticəsinə görə yarımfinalda olmağa layiq idik".

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
fanat.az

2Sources