EN

Nazim Qasımzadə yeni vəzifəyə TƏYİN EDİLDİ

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru Nazim Qasımzadə yeni vəzifəyə təyinat alıb.

NOCOMMENT.az xəbər verir ki, o, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış “B&B Security”nin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, N.Qasımzadə 2009-cu ildən Dövlət Xəzinədarlıq Agentliyində müxtəlif vəzifələrdə işləyib. O, 2022-ci ildən Agentliyin direktoru vəzifəsində çalışıb və bu ilin yanvarında vəzifəsindən azad olunub.

Qeyd edək ki, “B&B Security” 2019-cu ildən kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir və istənilən biznesin kibertəhdidlərə qarşı dayanıqlığını artırmaq üçün kibertəhlükəsizlik həlləri təqdim edir./İqtisadiyyat.az

Dövlət

Chosen
14
1
nocomment.az

2Sources