Tbilisi, 17 aprel, AZƏRTAC
Dünyanın demək olar ki, yarısı alov içindədir, amma bizim regionda sülh hökm sürür.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib.
O deyib ki, bu, region ölkələri olan Gürcüstan, Ermənistan, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi müdrik siyasətin nəticəsidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi