EN

Xoş xatirələr münasibətləri möhkəmləndirir

ğ
Xoş anları birlikdə yaşayan cütlüklərin münasibətlərinin daha möhkəm və uzunömürlü olduğu müəyyən edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Sciencedaily” jurnalında dərc edilən araşdırmada qeyd olunub.
Araşdırmaya görə, birlikdə xoş xatirələri olan cütlüklər daha az mübahisə edir.
589 nəfər üzərində onlayn sorğu vasitəsilə aparılan araşdırmada iştirakçıların əksəriyyəti evli olub, orta yaş həddi isə təxminən 39 təşkil edib. Sorğu zamanı onların partnyorları ilə birlikdə müsbət anları nə qədər tez-tez yaşadıqları, münasibətlərdə məmnunluq səviyyəsi, münaqişələrin intensivliyi və gələcəyə inamı qiymətləndirilib.
Tədqiqat çərçivəsində iştirakçıların stress səviyyəsi də analiz olunub.
Nəticələr göstərib ki, xüsusilə stressli dövrlərdə bu cür müsbət anlara qayıtmaq cütlüklərin həm psixoloji vəziyyətinə, həm də münasibətlərinə müsbət təsir edir.
Chosen
21
1
yeniavaz.com

2Sources