EN

“Oman etiraz etmirsə, gəmilər Hörmüz boğazından keçə bilər” -Zərdüşt Əlizadə

"ABŞ/İsrail-İran müharibəsi başlamamışdan öncə Hörmüz boğazı beynəlxalq hüquq normalarına uyğun olaraq dəniz kimi hərəkət üçün tamamilə açıq idi".

Bunu politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında İranın Hörmüz boğazında gəmilərin Oman hissəsindən keçidinə icazə verə biləcəyi barədə təklifini şərh edərkən bildirdi. 

"ABŞ və İsrail beynəlxalq hüququ tanımayıb pozduğuna görə, qarşılıq olaraq İran da beynəlxalq hüququ pozdu və Hörmüz boğazını bağladı. Hörmüz boğazı enlidir. Əgər Oman etiraz etmirsə, gəmilər keçə bilər. İran deyir ki, Oman icazə versə, gəmilər keçə bilər", - deyə siyasi şərhçi qeyd etdi.

Aytəkin TOFİQQIZI

Chosen
23
1
redaktor.az

2Sources