Bu gün Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun “Baksol yolu” adlanan ərazisində, İncəçay küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Həmin ərazidəki mənzillərin birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.
Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə, partlayış baş verib. Qətli törədən kişi də hadisə yerində ölüb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Bildirilib ki, hadisəni törədən şəxs keçmiş arvadının evinə gəlib.