EN

Suda islanmır və ÜŞÜMÜR - VİDEO

Məşhur bloqer Ruhi Çenet qeyri-adi paylaşımı ilə sosial şəbəkələrdə gündəm olub.

Milli.Az xəbər verir ki, o, bədənini örtən xüsusi "aerojel" maddəsi sayəsində suya daxil olmasına baxmayaraq islanmadığını göstərən görüntülər yayımlayıb. Videoda Çenet hovuzda olmasına rəğmən tam quru qaldığını nümayiş etdirib.

Bloger paylaşımında təəccübünü belə ifadə edib: "Tamamilə quruyam. Bu, möcüzədir. Bu necə mümkün ola bilər?"

Qeyd edək ki, "aerojel" maddəsi son dərəcə yüngül və istilik izolyasiyası baxımından effektiv material kimi tanınır. Mütəxəssislərin fikrincə, bu cür texnologiyalar gələcəkdə müxtəlif sahələrdə, xüsusilə də qoruyucu geyimlərin hazırlanmasında geniş istifadə oluna bilər.

Sözügedən görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub və istifadəçilər arasında müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az

Chosen
23
50
milli.az

10Sources