EN

Nərimanovda zəncirvari QƏZA - 4 maşın bir-birinə çırpıldı

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə Qarabağ küçəsi ilə Əhmədbəy Ağaoğlu küçəsinin kəsişməsində baş verib. İlkin məlumata görə, 4 avtomobil bir-birinə çırpılıb.

Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Chosen
12
far.az

1Sources