EN

Qərar çoxdan verilib: Rusiya Avropada bu məntəqələri vuracaq

Ukraynanın Avropadakı pilotsuz uçuş aparatlarının (PUA) yığım məntəqələrinə mümkün zərbələr barədə qərar artıq verilib.

Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.

“Düşünürəm ki, qərar çoxdan verilib. Sual budur: Nə vaxt tətbiq olunacaq? Ali Baş Komandan zəruri hesab etdikdə, tətbiq olunacaq və zərbələr başlayacaq”, - Kolesnik deyib.

Deputat vurğulayıb ki, Moskva hava silahlarının Avrozona ölkələrindən birbaşa Kiyevin əlinə maneəsiz keçməsinə icazə verməyəcək.

Chosen
21
30
publika.az

10Sources